Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Tracking ID nədir? Nəyə xidmət edir?

Tracking ID nədir? Nəyə xidmət edir?

08.06.2020

“Track ID” və ya “tracking numberingilis dilindən tərcümə olunduqda dilimizdə “trek nömrə”, başqa sözlə “izləmə nömrəsi” olaraq tanınır. Belə ki, satıcı məhsul sifarişini aldıqdan sonra  qablaşdırır və bağlama şəklində yerli kuryer şirkətinə təhvil verir. Kuryer şirkəti bağlamaya izləmə nömrəsi təyin edir.

 

Trek nömrə bağlama xarici anbara çatdırılanadək onu izləməyə imkan yaradır. Trek nömrə unikal olur və hər bağlama üçün ayrılıqda verilir. Bağlamanızı izləmək üçün yerli kuryer şirkətlərinin saytlarına daxil olaraq trek nömrəni qeyd etməlisiniz.

 

Bu barədə sizə daha ətraflı məlumatı bu bloqda verəcəyik.

 

İlk öncə sizə bloqda tanış olacağınız məlumatların təsnifatını təqdim edirik:

 

Sifariş izləmə nədir və nə üçün vacibdir?

Sistem necə işləyir?

İzləmə zamanı hansı məlumat və funksiyalar aktivləşir?

Ən çox verilən suallar

 

Bir çox müştərilər məhsul sifariş etdikdə həmin məhsulun harada olduğunu, hansı daşıma şirkətiylə çatdırılacağını və bəzən hansı nəqliyyat vasitəsilə gətiriləcəyini, həmçinin məhsulun düzgün seçildiyini, qablaşdırıldığını və göndərilməyə artıq hazır olduğunu bilmək istəyirlər. Bundan əlavə, müştərilər etdikləri sifarişin nə zaman anbardan çıxacağı və yola düşəcəyi barədə də məlumat almağa maraqlı olurlar.

 

Sifariş izləmə nədir və nə üçün vacibdir?

Sistemi ilk dəfə FedEx şirkəti qurmuşdur. FedEx şirkətinin qurucusu Fred Smith bildirmişdi ki, məhsul haqqında ötürülən məlumat məhsulun özü qədər vacibdir. 1970-ci illərin sonlarında işə salınan sistem səmərəliliyi artırmaq üçün mükəmməl vasitə olmuşdur. 1979-cu ildə sistem müştərilərə innovativ əməliyyatlar və onlayn xidmətlər təklif etdi. Sistem onlayn olduğu üçün barkodlar oxudularaq kompüterlərin köməyi ilə sistemə daxil edilirdi. Sonradan sifariş izləmə sistemi insanların etibarını qazandı və bütün dünyada geniş istifadə olunmağa başladı.

 

Sistem necə işləyir?

 

Hazırda sistemdən istifadə daha işlək hala gəlmişdir. Şirkətlər öz saytlarında xüsusi bölmə yaradaraq buradan müştərilərin sifariş etdiyi məhsulu onların izləməsinə şərait yaradırlar. Əldə edilmiş xüsusi nömrə və ya kod vasitəsilə müştərilər məhsulun sifariş olunduğu andan çatdırıldığı vaxtadək bütün prosessləri və onların vaxtını internet üzərindən izləyə bilirlər. Bəzən xüsusi kod və ya nömrə tələb olunmur və müştərilər sadəcə sifariş zamanı qeydiyyatla kifayətlənirlər. Qeydiyyat və sifariş bitdikdən sonra təyin olunan nömrəyə uyğun olaraq barkod məhsula yapışdırılır və izləmə aktivləşmiş olur.

 

İzləmə zamanı hansı məlumat və funksiyalar aktivləşir?

 

İzləmə zamanı əsasən bu məlumatlar alıcıya (müştəriyə) göstərilir:

 

Məhsulun qəbul olunma və məntəqədən yola salınma vaxtı;

Mübadilə məntəqəsinə daxil olub çatdırılma məntəqəsinə göndərilmə vaxtı;

Çatdırılma vaxtı.

 

İzləmə nömrəsi çatdırılma prosesi zamanı vacib rol oynayır. Sifarişçi məhsulu izləyir və onun vaxtında çatdırılacağına arxayın olur. Digər vacib məsələ isə odur ki, çatdırılma zamanı hər hansısa texniki səhv baş verərsə və yaxud mal sifarişçiyə çatmazsa, o zaman sifarişçi izləmə kodu vasitəsilə problemi sorğulaya və ödənişin edildiyini sübut edə bilir. Buna görə də məhsul alarkən izləmə nömrəsini əldə etmək zəruridir.

 

Ən çox verilən suallar

 

  • Sifarişlərimi necə izləyə bilərəm?

Sifarişlərinizi izləmək üçün saytda şəxsi hesabınıza daxil olaraq "Sifarişlər (Orders)" xanasından istifadə edə bilərsiniz. Bu səhifədə sizin bütün sifarişləriniz əks olunacaq. Sifariş nömrəsi, sifarişin hazırki vaziyyəti, ödənilmiş məbləği, sifariş edilmiş məhsulları, çatdırılma ünvanını və s. kimi məlumatları detallı görə bilərsiniz.

 

  • İzləmə nömrəsini nə vaxt əldə edə bilərəm?

İzləmə nömrəsi əsasən sifarişin edildiyi tarixdən 1-2 gün sonra, sifariş yola düşməzdən öncə elektron poçt ünvanınıza göndərilir və ya sifariş etdiyiniz mağazanın veb səhifəsindəki şəxsi hesabınızda “Sifarişləri” bölməsində görə bilərsiniz.

 

  • Sistemdə sifariş zamanı bəyənnamənin doldurulması vacibdirmi ?

Bəyannamə sifariş verilən məhsul xaricdəki anbara daxil olduqdan sonra vaxtında, tam olaraq sistemə daxil olması və saytımızdakı şəxsi kabinetinizdə sifarişinizi görməyiniz üçün lazım olan elektron sənəddir. Xarici ölkədən hər hansı bir mağazadan sifariş etdikdən sonra sifarişlərinizi saytdaki şəxsi kabinetinizdə bəyannamə əlavə edərək şirkətə bildirməlisiniz.

 

Adətən saytlarda göstərilən xanalara etdiyiniz sifarişinizə dair məlumatları yəni mağaza, məhsulun tipi, miqdarı, məhsulun qiyməti, sənəd, mağazanın izləmə kodu və ethiyac olduğu təqdirdə şərh məlumatlarını daxil edirək göndər düyməsini sıxırsınız.

 

İzləmə nömrəsi hansı tipdə olur?

 

İzləmə nömrəsi adətən hərf və rəqəmlər toplusu şəklində olur.

 

Hazırki proqnozlara nəzər salaraq anlaya bilirik ki, qlobal əlaqələr inkişaf etdikcə insanların bu cür izləmə sisteminə olan tələbatları artacaq və bu da bütün müəssisələrin sistemi aktivləşdirməsinə təkan verəcəkdir.

 

 

Dynamex çatdırılma şirkəti olaraq biz sizə bu xidmətdən yararlanmağı tövsiyyə edirik. Sizin üçün sürətli çatdırılma etdiyimiz zaman bağlamalarınızı rahatlıqla izləyə bilərsiniz. Yeni mövsümdə yeni məhsullarınızı bizlə birliktə etibarla əldə edə bilərsiniz!