Xəbərlər və yeniliklər

Xidmətlərimizlə bağlı ən son yeniliklər və müxtəlif mövzularda mətumatlandırıcı bloqlar burada!

Zara.com.tr-dan Azərbaycana geyim sifarişi – Dynamex.az

Zara.com.tr-dan Azərbaycana geyim sifarişi – Dynamex.az

15.07.2021

Zara’dan Azərbaycana sifariş etmək mümkündürmü? Zara.com.tr-dan onlayn sifariş etmək nəyə görə sərfəlidir? Zara.com.tr-dan nələr sifariş edə bilərəm? Zara.com.tr-dan Azərbaycana çatdırılma qiyməti nə qədərdir?

 

Zaradan sifaris | Zaradan catdirilma | Zara geyimleri online sifarisle | Zara endirimleri  | Zara online sifarisle | Zaradan Azerbaycana catdirilma | Zara Azerbaycan | Zara sifaris baki  | Zara geyimleri  sifarisle | Zara paltarlari sifarisle

 

Zara haqqında                                                    

"Zara" - İspaniyanın ən öndə gedən və bütün dünyada trend olan geyim və aksesuar markalarından biridir. "Zara" brendinin sahibi Amansio Orteqadır. Dünya üzrə 88 ölkədə 2000-dən çox "Zara" mağazası vardır. Dünyadakı ən böyük 3 hazır geyim şirkətindən biridir. Türkiyədə 42 mağazası var.

 

Zara kolleksiyaları və mənaları

Zara Woman – Əsas kolleksiya, qadınlar üçün

Zara Studio – Alt kolleksiya, qadınlar üçün fərqli kəsiklər və yüksək keyfiyyətli parçalar

Zara Man – Əsas kolleksiya, kişilər üçün

Zara TRF (qısaca: "Trafaluc") – Münasib qiymətlər, xanımlar və gənc qızlar üçün

Zara Basic – Alt kolleksiya, qadınlar və kişilər üçün əsas geyimlər

Zara Kids – Uşaq geyimi, yeni doğulan körpələr ve uşaqlar üçün

Zara Kids Studio – Alt kolleksiya, uşaqlar üçün

Zara Home – Ev kolleksiyası, ev aksesuarları ilə

 

Zara.com.tr saytından Azərbaycana sifariş etmək mümkündürmü?

Ümumi desək, Zara markası hal-hazırda Azərbaycana birbaşa çatdırılma etmir. Lakin siz kargo şirkətinin dəstəyilə sifarişinizi birbaşa zara.com.tr saytından edə bilərsiniz. Siz evdən çıxmadan, hər hansı xarici ölkəyə səfər etməyinizə gərək qalmadan, vaxtınıza və pulunuza qənaət edərək istədiyiniz məhsulu Türkiyədən sifariş edə və kargo şirkətinin vasitəsilə məhsulu Azərbaycana çatdırılma ilə əldə edə bilərsiniz. Hər zaman sürətli sərfəli kargo olmağı hədəfləyən və “Tam Zamanında” sloganı ilə müştərilərinə xidmət göstərən “Dynamic Express” kargo şirkəti Türkiyədən çatdırılmanı olduqca operativ edir.

 

Zara.com.tr saytından Azərbaycana çatdırılma qiyməti nə qədərdir?

Dəyərli müştərilərimiz, Dynamex.az şirkəti Türkiyədən Azərbaycana çatdırılmanı həm operativ, həm də münasib qiymətlə edir. Belə ki,Zaradan Bakı şəhərinə göndərilən bağlamaya hesablanan çatdırılma qiymətiGəncə şəhərinə də eyni qaydada hesablanır. Siz tariflər səhifəsində Azərbaycana çatdırılma qiymətlərini görə bilərsiniz.

 

Zaradan bağlamanız Azərbaycana necə çatdırılır?

Dəyərli müştərilərimiz, Dynamex.az kuryer şirkəti müştəri loyallığı və müştəri məmnuniyyətini daim ön planda saxlayır və Türkiyədən sifarişlərdə gecikmə olmadan, bağlama xarici anbara daxil olduğu zaman sifarişini qeydiyyata alır və çox qısa müddət ərzində əsas anbara gətirir. İstəyinizə görə kuryer xidmətisifariş edə bilərsiniz.

 

Zara.com.tr saytından sifariş qaydası

Addım-addım təlimat: Zara.com.tr-dan Sifariş et, Dynamex.az-da Bəyan et!

Bunu etmək üçün ilk öncə dynamex.az saytında qeydiyyatdan keçinƏgər saytımızda öncədən qeydiyyatdan keçmisinizsə, “Hesabım” səhifəsinə daxil olun.Xaricdəki ünvanlarımbölməsində sizin üçün Türkiyə ünvanımızı qeyd etmişik. Bu səhifəni bağlamayıb, yeni səhifə açaraq Zara.com.tr saytında qeydiyyatdan keçmək üçün "Qeydiyyat" linkinə daxil olun və “Hesap oluştur” xanasını seçərək qeydiyyatınızı tamamlayın. Burada sizdən ünvan olaraq Türkiyə ünvanı, “TC kimlik numarası”, mobil telefon nömrəsi kimi məlumatlar istəniləcəkdir. Burada kargo şirkətinin Türkiyə ünvanı üzrə məlumatlarını qeyd etməlisiniz. (Xaricdəki ünvanlarım)

 

Alış-verişə başlamaq vaxtıdır.

Nəzərə alaq ki, siz Zara.com.tr saytında sifarişinizi tamamladınız. Bu zaman sizin e-poçt ünvanınıza invoys göndəriləcəkdir. İndi isə keçək Dynamex hesabınıza və bağlamanı bəyan edək.Siz Dynamex.az mobil tətbiqinə və ya dynamex.az şəxsi hesabınızda Bəyan et linkinə klikləyərək aşağıdakı təlimatlar əsasında bağlamanızı bəyan edirsiniz.

 

Ölkə = Türkiyə

Tracking İD = zara.com.tr-dan sizə təqdim olunan izləmə kodu

Mağazanın adı = Zara

Kateqoriya = zara.com.tr -dan sifariş etdiyiniz məhsulun növü. (Məsələn: Geyim)

İnvoys qiyməti = zara.com.tr -dan sizə göndərilən invoysda yazılan ümumi qiymət

İnvoys yüklə = zara.com.tr -dan sizə göndərilən invoysun şəkili və ya PDF forması. Məsələn, siz həmin faylı açıb ekran şəkilini çəkə bilərsiniz.

Qeyd = Burada bağlamanız barədə əlavə məlumat qeyd edə bilərsiniz.(istəyə bağlı)

 

Güvənli və xoş alış-verişlər!